Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, danışıqlar zamanı ikitərəfli münasibətlər və qarşılıqlı əlaqələrin gücləndirilməsi müzakirə olunub.