Rusiya Müdafiə Nazirliyinin xüsusi təyinatlı təyyarəsi Ermənistanın Erebuni hava limanına enib.

"Unikal" xəbər verir ki, təyyarə Rusiya Demarkasiya və Delimitasiya Komissiyasının nümayəndələrini İrəvana gətirib. 

Qeyd olunub ki, demarkasiya və delimitasiya prosesinə bu həftə başlanacaq.

Erməni KİV-in məlumatına görə, komissiyanın işinə Rusiya sülhməramlılarının Qarabağdakı keçmiş komandanı, general-leytenant Rüstəm Muradov rəhbərlik edəcək. 

Müdafiə Nazirliyinin informasiya şöbəsinin rəisi Qorq Altunyan məxfilik səbəbindən bu suala cavab verməyib.  

Ağarza Elçinoğlu