“İşğal dövründə həmin ərazilərdə qanunsuz iqtisadi fəaliyyət göstərən bəzi şirkət və fərdlərlə bağlı tədbirlər həyata keçirilir. Bunlar dövlətlərarası şikayətə aid olmadğına görə, həmin şirkətlərin fəaliyyət göstərdiyi ərazilər, hüquqi qərar və başqa amillərdən asılı olaraq təhlillər aparılır. Hər bir konkret halda təhlillərin nəticəsindən asılı olaraq bu tədbirlərin görülməsi ilə bağlı qərarlar verilir” .

"Unikal" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Ona görə də bu məsələnin dövlətlərarası şikayətlər çərçivəsində baxılması nəzərdə tutulmur. Çünki burada kağız üzərində qalacaq məhkəmə qərarından söhbət getmir. Söhbət sonradan həmin məhkəmə qərarının icrasından gedir. Bunun üçün də vaxtilə işğal altında olmuş ərazilərdə qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirən fərdlərin, hüquqi şəxslərin müəyyən aktivləri mövcud olmalıdır ki, həmin aktivlərə qarşı məhkəmə qərarı icra edilə bilsin”, - o bildirib.