“Türk lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri mümkün deyil”.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Alim Quliyev deyib.

“Milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanlar var. Manatın ucuzlaşması heç vaxt müzakirə mövzusu olmayıb və indi də deyil”, - deyə o, əlavə edib.