“Azərbaycanın Ermənistana qarşı hüquqi məsuliyyət tədbirləri yalnız bununla kifayətlənmir”.

"Unikal" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Azərbaycan tərəfi Ermənistana qarşı bir sıra Konvensiyalar üzrə, xüsusilə də ətraf mühitə vurulmuş ziyan və enerji resuslarının qanunsuz istismarı ilə bağlı növbəti il dövlətlərarası şikayətlərin irəli sürülməsini planlaşdırır”, - nazir müavini vurğulayıb.