Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin əsasını Azərbaycan vətəndaşının rifahı təşkil edir və bu rifah da məşğulluq üzərində dayanır.

"Unikal"ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zaman deyib.

Nazir bildirib ki, aparılan islahatlar nəticəsində son 4 ildə əmək müqavilələrinin sayı 30 faiz artıb ki, bu da təxminən 400 min insanın işlə təmin edilməsi deməkdir: “Bu rəqəmin 75 faizi özəl sektorun payına düşür, yəni yeni açılan iş yerləridir. Ölkədə əməkhaqqı son 4 ildə 92 faiz, minimum əməkhaqqı 2 dəfə, orta əməkhaqqı isə 40 faiz artıb”, - deyə nazir bildirib.