Goranboyda 3 hərbçi dəm qazından zəhərlənib. 

"Unikal"ın məlumatına görə hadisə Goranboy rayon mərkəzində Avtobazanın yaxınlığındakı 5 mərtəbəli binanın ikinci mərtəbəsində baş verib. Eyni mənzildə kirayədə yaşayan, 2 nəfəri Ağcabədi və  bir nəfəri isə Yardımlı rayon sakini olmaqla 3 nəfər hərbi qulluqçu dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib .

Faktla bağlı araşdırma aparılır.

E.Muradlı