Avropa ölkələri COVİD-19-a yoluxmaların artması ilə əlaqədar məhdudiyyətləri sərtləşdirməkdə davam edir.

"Unikal" xəbər verir ki. Fransada yoluxmaların artması ilə əlaqədar dekabrın 10-dan etibarən gecə klubları bağlanacaq.
Bu barədə Baş nazir Jan Kasteks mətbuat konfransında məlumat verib. Məhdudiyyət tədbiri 4 həftə qüvvədə olacaq. Şirkət rəhbərlərinə əməkdaşların distant rejimdə işləməsinə şərait yaratmaq tövsiyə olunub. Məktəblərdə də sanitar qaydalar sərtləşdiriləcək. Dekabrın 15-dən etibarən isə 5-11 yaş arası uşaqların vaksinasiya prosesi başlayacaq.