Astara rayonunda torpağa basdırılmış 1 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə şübhəli bilinən rayonun Züngüləş kənd sakini Alim İmaməliyev saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsində torpağa basdırılmış bir ədəd balonun içərisindən təmiz çəkisi 1 kiloqram 100 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla onun həmin narkotik vasitəni Astara rayonunun Şovaş kənd sakini Bəyəli Şahmarovdan əldə etdiyi müəyyən edilib və həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.