Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondunun Qubanın Birinci Nügədi kəndində inşa olunan 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.

"Unikal" xəbər verir ki, məktəblə tanışlıq İlham Əliyevin dekabrın 6-da Quba rayonuna səfəri çərçivəsində baş tutub.