Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin sabiq rəisi Anar Poladov, şöbənin əməkdaşları Səbuhi Rzayev və Afiq İbayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Unikal" xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən barələrində həbs qətimkan tədbiri seçilmiş Anar Poladov və Səbuhi Rzayev hərəsi 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Afiq İbayev isə 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında qandallanıb.