Aktrisa və aparıcı Zümrüd Qasımova sosial şəbəkə hesabında mərhum qayınatası Milli Məclisin sabiq vitse-spikeri Zakir Zeynalovla bağlı paylaşım edib.

"Unikal" xəbər verir ki, aktrisa-aparıcı bu gün qayınatasının anım günü olduğunu bildirib:

"Bu gün qayınatam - hüquq elmləri doktoru, baş ədliyyə müşaviri, Milli Məclisin sabiq vitse-spikeri, rəhmətlik Zakir Zeynalovun anım günüdür. Allah rəhmət etsin, məkanı behişt olsun. Nazim, Allah atana rəhmət eləsin!".