Türkiyənin ən prestijli mükafat mərasimlərindən biri olan 47-ci "Altın Kelebek" ötən gecə öz sahiblərini  tapıb.

"Unikal" xəbər verir ki, gecənin "Ən Yaxşı Qadın Müğənni" Mükafatınına məşhur müğənni Hadisə layiq görülüb. Belə ki, səhnəyə çıxan müğənni ilk olaraq sevgilisi Mehmet Dinçerə  təşəkkürünü  bildirib. 

O, çıxışında qadın hüquqlarını  əsas gətirərək, "Canım Mehmet, bütün gecəni əlimdən tutduğun üçün sağ ol. Çünki çox həyəcanlı idim. Bu gün Beynəlxalq Qadın Hüquqları Günüdür. Məncə, önəmli bir gündür. Qəbul etmək çox dəyərlidir. Belə bir gündə belə dəyərli bir mükafat. Qadın məsələsi mənim üçün çox həssasdır. Mən bu mövzuda susmamışam və heç vaxt susmayacağam. Mən bunu həyatı məhdudlaşdırılan qadınlar üçün alıram”, - deyə ifadə  edib. 

Hadisənin bu addımı tamaşaçılar tərəfindən alqışla qarşılanıb. 

 Gülayə  Mecid