Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin "Qələbə” meydanında qeydə alınıb. Belə ki, yolu keçən iki qadını maşın vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 2002-ci il təvəllüdlü Aynur Müşfiq qızı Cəfərli və onun xalası 1992-ci il təvəllüdlü  Ayşən Elxan qızı Kərimli xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

E. Muradlı