Quba rayonunda istirahət mərkəzinin ərazisində ümumi sahəsi 14 m² olan taxta konstruksiyadan ibarət kotec yanıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.