Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Motosiklet yolu keçən 2010-cu il təvəllüdlü Kərimov Kamran Rəşad oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ dirsək nahiyəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.