“Taliban”ın ruhani lideri Heybətullah Axundzadə qadın hüquqları ilə bağlı fərman imzalayıb.

"Unikal" xəbər verir ki, fərmana  əsasən, əri öləndən sonra heç kim dul qadını zorla ərə verə bilməz, o, ölən ərinin əmlakında müəyyən paya sahibdir.

 “Qadınları heç kim zorla ərə verə bilməz, o, kişilər arasında davaların dayanması və ya barışıq üçün alət ola bilməz”, - fərmanda qeyd  olunub.

Fərmanda daha çox bu kimi sosial məsələlər yer alıb.