Liviya məhkəməsi ölkənin devrilmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin prezident seçkilərində iştirakına icazə verən qərar çıxarıb.

"Unikal" xarici  KİV-ə istinadən xəbər verir ki, Sabha əyalətinin məhkəməsi ölkənin ali seçki orqanının qadağa qərarını ləğv edib.

Bildirək ki, Seyf əl-İslam ötən həftə Liviya Ali Milli Seçki Komitəsinin hökmündən şikayət etmişdi.