"Dünən gecə saatlarına qədər Ermənistan hökuməti  iclas keçirib". 

"Unikal" xəbər verir ki, bu barədə "Joxovord" qəzeti yazıb. Nəşrin məlumatına görə, hökumətyönlü deputatlar baş nazirinin müavini Mher Qriqoryanın Rusiyaya səfərinin yekunlarını müzakirə ediblər.

İclasda, əsasən baş nazir Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan çıxış edərək bəzi məqamlarla bağlı birgə qərar qəbul etməli olduqlarını bildiriblər. 

"Bundan sonra “məşhur” sənədləri baş nazir Paşinyan yox, ehtimal ki, Mher Qriqoryan və Suren Papikyan imzalayacaq. Belə təəssürat yaranır ki, kapitulyasiya ətaləti və ölkəmizin ərazilərinin fasiləsiz təhvil verilməsi dayanmayıb, lakin bu proses artıq Paşinyanın simasında bir obraz ətrafında fırlanmayacaq, çoxvektorlu olacaq ki, bu da daha bulanıqlıq yaradacaq", - deyə  "Joxovord" qəzeti qeyd edib. 

Gülayə  Mecid