“Aztelecom” MMC-dən oğurluq edən şəxs tutulub.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda Bıçaqçı kəndi ərazisindən “Aztelecom” MMC-nin Zərdab Telekommunikasiya Qovşağına məxsus ümumilikdə 455 metr rabitə naqilini oğurlamaqda şübhəli bilinən kənd sakini X.Həsənov saxlanılıb.

Araşdırma aparılır.