Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Siyəzən rayonunun Zarat qəsəbəsi ərazisində yerləşən daimi postda Siyəzən şəhər sakini A.Aslanovun idarə etdiyi “Khazar” markalı avtomobil nəzarət qaydasında saxlanılmışdır.

DİN-dən "Unikal"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən A.Aslanovun  üzərinə baxış zamanı ondan marixuana aşkar edilmişdir. O, araşdırmalar aparılması üçün avtomobillə birgə Siyəzən Rayon Polis Şöbəsinə təhvil verilmişdir.