Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmsəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, o, əslən Gədəbəy rayonundandır.

Qeyd edək ki, Ş.Hüseynov Vətən Müharibəsi iştirakçısıdır və Prezident İlham Əliyevin sərəcnamı ilə "Kəlbəcərin azad olunması görə" medalı ilə təltif edilib.

Ağarza Elçinoğlu