Müğənninin intihara cəhd xəbərinin əsl məqamları açıqlandı

Populyar müğənni Sevda Yəhyayevanın intihara cəhd edərək gecə yarısı xəstəxanaya yerləşdirilməsinin səbəbi məlum oldu. Sevda ilə yeni işbirliyinə başlamış prodüser Tolik ANS PRESS-ə açıqlamasında, baş verənlərin klip senarisi olduğunu bildirdi:

"Biz Sevda ilə sosial bir layihəyə hazırlayırıq. O kadrlarda Sevda adi xəstəxanaya deyil, narkodispanserə yerləşdirib. Çox maraqlı klip olacaq. Biz bu kliplə narkotik asılığından əziyyət çəkənlərin vəziyyətini göstərməklə narkotikin nə dərəcədə böyük bir bəla olduğunu insanlara çatdırmaq istəmişik".

Şok: Müğənni Sevda narkodispanserə yerləşdirildi - FOTO