Rusiyanın Novosibirsk şəhərində qəbir daşlarından birinə monitor quraşdırılıb.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, məzarın dizayner-memarı Pavel Babkinin sözlərinə görə, abidədə quraşdırılan monitorda mərhum şəxs haqda hərəkətli məlumatlar təsvir olunur.

Pavel bildirib ki, 2018-ci ildə dünyasını dəyişən atası üçün də bu üslubda qəbir daşı hazırlayıb.