Goranboy rayonunda qəza baş verib, yaralılar var.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Rəhimli kəndi ərazisində baş verib.  Belə ki, hərəkətdə olan "VAZ 2106" markal avtomobil "Ford" markalı avtomobillə toqquşub. Qəza nəticəsində biri azyaşlı oğlan uşağı olmaqla beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradlı