UFC prezidenti Deyna Uayt koronavirusa yoluxub. Bu barədə onun özü “MMVPN Sports” “YouTube” kanalında Cim Romun podkastının efirində bildirib.

"Unikal" xəbər verir ki. Uayt, özünün və ailəsinin Mendə “Şükranlıq Günü”nü birlikdə keçirdikdən sonra koronavirusa yoluxduğunu açıqlayıb. UFC prezidenti əlavə edib ki, buxar otağında evkalipt iyini hiss etmədikdən sonra iybilmə qabiliyyətini itirdiyini öyrənib.

Uayt həmçinin tam vaksinasiyadan keçdiyini vurğulayıb.

UFC prezidenti test nəticəsi mənfi olarsa, şənbə günü Las-Veqasda keçiriləcək “Fight Night” turnirində iştirak etməyi planlaşdırır.

“Mən evdə qalacağam və 10 gün başqa insanlardan uzaq qalacağam. Əgər növbəti test mənfi nəticə versə, o zaman orada olacağam, mənfi cavab çıxana qədər iki gündən bir test etdirəcəyəm və sonra mümkün qədər tez işə qayıdacağam”, - deyə Uayt əlavə edib.