Hindistanda da koronavirusun yeni ştamı  "Omikron" a  yoluxma halı qeydə  alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi  məlumat paylaşıb. "Omikron" variantının Karnataka vilayətində  iki nəfərdə aşkar edildiyi bildirilib. 

Sözügedən şəxslərin xaricdən gəldiyi qeyd edilsə də, onların hansı ölkədən gəldiyi açıqlanmayıb.