Neslihan Atagül Dubayda keçirilən mükafatlandırma mərasimində ilin ən yaxşı beynəlxalq aktrisası mükafatını qazanıb. 

"Unikal" xəbər verir ki, türkiyəli aktrisanın mərasim geyimi isə  gündəm mövzusuna  çevrilib. Belə  ki,  Neslihanın xüsusi hazırlanmış paltarı və tacı sosial media istifadəçiləri tərəfindən müsbət  qarşılanıb.

Qısa zamanda N. Atagülə yüzlərlə  bəyəni  və şərh  gəlib. 

Neslihan Atagülün Dubayda keçirilən mükafatlandırma mərasimində geyindiyi libas izləyicilərini iki yerə bölüb.