"Referans Klinik Laborotoriya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində inzibati qaydada protokol tərtib edilib.

"Unikal"ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) əsasən tərtib edilən protokol baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib. İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən inzibati xətanın törədilməsinə görə hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.

Seymur Əli