Türkiyəli məşhur aparıcı Seren Serengil səhhəti  yenidən ağırlaşıb. 

"Unikal" xəbər verir ki, o, səhhət ilə bağlı "Söylemesem Söyleme" proqramında danışıb. 

Artıq kilodan qurtulmaq üçün ard-arda əməliyyatlar etdirən aparıcı demək olar ki,  sağlamlığını tamamilə itirib. Dempinq Sindromuna yoluxan Seren Serengil  "Qara ciyərimdəki narahatlıqdan siroza çevrilməyə başlayıb. Beynimə və ürəyimə qan işləmir", - deyə hazırkı  durumundan danışıb.