Sabah Bakının Heydər Əliyev prospektində aparılacaq təmir işləri ilə əlaqədar 4 müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bildirdiyi kimi, 27 noyabr saat 08:00-dan 28 noyabr saat 18:00-a kimi Heydər Əliyev prospektində ("Bağırov" körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq, 1, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq aşağıda göstərilən qaydada dəyişdiriləcək.