Türkiyənin sevilən mərhum sənətçisi Ahmet Kayanın Parisdəki məzarı hücuma məruz qalıb.

Unikal.org xəbər verir ki, 2000-ci ildə vəfat edən müğənninin qəbir daşları qırılıb.

Hücumun kimlər tərəfindən həyata keçirildiyi bilinmir. Ancaq məzarı ziyarət edənlər hücumun yeni olduğunu bildiriblər.