Bakının Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan qarajın yanar konstruksiyaları, içərisində olan "Opel" və "Nissan" markalı minik avtomobillərinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.