"Sabah" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Unikal.org "Championat" nəşrinə istinadən xəbər verir ki, paytaxt klubu Murad Musayevlə anlaşıb. Rusiyalı mütəxəssis komandanın sükanı arxasına keçməyə razılıq verib. Tərəflərin yaxın müddətdə rəsmi müqaviləyə imza atacaqları bildirilib.

38 yaşlı mütəxəssis bu vəzifədə oktyabrın 21-də istefaya göndərilmiş Ramin Quliyevi əvəzləyəcək.