Türkiyəli məşhur müğənni Sibel Can yenidən iş adamı Emir Sarıgüllə görüntülənib.

Unikal.org xəbər verir ki, daha öncə yaxtada birlikdə görülən cütlük uzun müddətdən sonra ilk dəfə kameralara tuş gəlib.

Bir müddət əvvəl müğənni ilə münasibəti olmadığını söyləyən E.Sarıgül aparıcı Buket Aydınla həmin ərəfədə ayrılıb, daha sonra yeniden barışmışdı.

Qeyd edək ki, cütlüyün 6 ildir gizli eşq yaşadığı deyilir.