ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan Türkiyə vətəndaşı ermənilərin hücumuna məruz qalıb.

Unikal.org xəbər verir ki, İpək Bozər adlı bir şəxs atasının dostları ilə restoranda olarkən bir erməni qadın tərəfindən təhqir olunduğunu bildirib. Onun sözlərinə görə, daha sonra başqa bir erməni atasını yumruqla vurduqdan sonra restorandan uzaqlaşıb.