Rusiyada son sutka ərzində daha 37 930 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 8 279 573 nəfərə çatıb.

Son sutka ərzində 1 069 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 231 669 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.