Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı  aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar olunublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə,  Zərdab rayon sakinləri Xankişi İsmayılov və Akif Bədəlovun koronavirus testlərinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, onlar karantin rejiminin qaydalarını pozaraq yaşadıqları ünvanları tərk ediblər. Onların olduğu yerlər polis əməkdaşları tərəfindən müəyyən edilib, tibbi prosedurlar gözlənilməklə müalicə aldıqları ünvanlara qaytarılıblar.

Faktlarla bağlı Zərdab RPŞ-də cinayəti işi başlanılıb, araşdırmalar aparılır.