Tanınmış bloqer Ayşən Mirzəyevanın həyat yoldaşının ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Unikal.org-un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Belə ki, paytaxt sakini, 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.

K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Seymur Əli