Ermənistanda son sutka ərzində daha 2354 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 295 368 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 38 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 6013-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1258 nəfərdir. Aktiv xəstələrin sayı 27 366 nəfər təşkil edir.