Tovuzda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyada Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Fazilə Cəfərovadır. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. F.Cəfərovanın meyiti tibbi ekspertizaya göndərilib.

Qeyd edək ki, piyadanı hərəkətdə olan “VAZ 21015”markalı avtomobil vurub.

Faktla bağlı cinayət işi başlanıb.