Bakı şəhərinin Binəqədi rayonunda altımərtəbəli fabrik binanın birinci mərtəbəsində ümumi sahəsi 30 m² olan otağın yanar konstruksiyaları yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.