Kosovo ölkəsindəki iki rus diplomatı “persona non-qrata” elan edib.

Unikal.org xəbər verir  ki, bu barədə məlumatı Kosovo prezidenti Vjosa Osmani  açıqlayıb.   Osmani iki rus diplomatın Kosovonun milli təhlükəsizliyini və konstitusiya quruluşunu pozan fəaliyyətlə məşğul olduğunu bildirib.

Həmçinin, Kosovonun müstəqilliyinin Rusiya tərəfindən tanınmadığı da ifadə edib.