Dünyaca məşhur Hollivud ulduzu Piter Skolari vəfat edib.

Unikal.org  xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktyor ötən gün 66 yaşında dünyasını dəyişib. Piterin meneceri Ellen Lyubin Sanitski aktyorun iki ildir xərçənglə mübarizə apardığı açıqlayıb.

Qeyd edək ki, Piter "Qızlar" serialında canlandırdığı Ted Xorvat roluna görə 2016-cı ildə "Emmy" mükafatına layiq görülüb.