ABŞ-ın keçmiş prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı məxfi sənədlər ortaya çıxıb.

Unikal.org xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, Kennedi sui-qəsdi ilə bağlı bəzi məxfi sənədlərin dekabrın 15-də dərc olunacaq. 

Sənədlərin Milli Arxiv və Qeydlər İdarəsinə də (NARA)  veriləcəyi qeyd edilib.  

NARA-nın kolleksiyasındakı sənədlərin 90 faizini təşkil edən 250 min sənədin, "o dəhşətli günü yaşayan amerikalıların xatirəsində həkk olunan dərin bir milli faciə" olaraq xarakterizə edilib. 

Ağ Ev həmçinin də, açıqlamada, ""Amerika Birləşmiş Ştatlarının tarixi" ictimaiyyətə açıqdır. 1992-ci ildə yayımlanan Kennedi sui-qəsdi qanununa uyğun olaraq, Con Kennedinin 54 il əvvəl - 1963-cü il noyabrın 22-də Texas ştatında öldürülməsi ilə bağlı bir çox sui-qəsd nəzəriyyələrinin ortaya çıxması ilə 35 min sənəd, əksəriyyəti FBI, CIA, Daxili Təhlükəsizlik Departamentinə aid olanlar toplanmışdır",- deyə qeyd edib.