ABŞ-ın Corciya ştatının Fort-Valli şəhərində silahlı insident baş verib.

Unikal.org xəbər verir ki, hadisə tələbələrin təşkil etdiyi şənlikdə baş verib. Hüquq -mühafizə orqanlarından verilən məlumata görə, atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Zərərçəkənlərdən bəziləri xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə heç bir məlumat verilməyib.

Polis yerli sakinlərə hadisə yerinə yaxınlaşmamaq barədə xəbərdar edib.