Türkiyə ABŞ-dan F-16 qırıcılarının satın alınması proseduruna start verib.

Unikal.org xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO üzv ölkələrinin müdafiə nazirlərinin iclasından sonra deyib.

O, bildirib ki, təyyarələrin tədarükü ilə bağlı texniki işlər başlayıb: "Biz bu prosesi diqqətlə izləyirik. Türkiyənin güclənməsi həm də NATO-nun müdafiəsinin güclənməsi deməkdir".

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması ilə əlaqədar F-16 qırıcılarının tədarükü prosesini dayandırmışdı.