2012-ci ildə Suriyada vətəndaş müharibəsindən qaçaraq ailəsi ilə birlikdə Türkiyəyə sığınan Yəhya Bitar açıqlamaları  ilə mətbuatda gündəm yaradıb.

Unikal.org xəbər verir  ki, Hatayda məskunlaşan Yəhya deputat  olduğunu açıqlayıb.  O,  2012-ci  ildən  bəri  həyatının çox dəyişdiyini,  hətta "etməzəm" dediyi işləri gördüyünü bildirib. 

Hazırda kənd təsərrüfatı ilə məşğul olan keçmiş millət vəkili durumundan razı olduğunu ifadə edib.