Türkiyənin Qaziantep ərazisində Yılmazlar ailəsində bədbəxt hadisə yaşanıb.  

Unikal.org xəbər verir  ki,  Mehmet Yılmaz 1,5  aylıq körpəsinə  yumruq zərbəsi endirib. Buna səbəb körpə qızın yeməkdən imtina etməsi olub.  Belə  ki, zərbənin təsirindən huşunu itirən E.Yılmaz xəstəxanya aparılıb.  4 gün komada qalan E.Y bu gün həyatını  itirib. 

Ata isə polis tərəfindən nəzarətə  alınıb. O,qızını  yemək yeməsi  üçün qorxutmaq istədiyini  bildirib. Onun barəsində  cinayət  işi açılıb.  Fakta bağlı araşdırma  aparılır.