Şirvanda avtomobil piyadanı vuraraq öldürüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

"QAZ 31" markalı avtomobil yolu keçən Sabirabadda məskunlaşmış Zəngilan sakini, 1949-cu il təvəllüdlü Həsənov Muradəli Misirxan oğlunu vuraraq öldürüb. Sürücünün kimliyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.